Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsindəki oyunlarına təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, "Neftçi"nin ev, "Kəpəz"lə "Qəbələ"nin səfər oyunlarını müvafiq olaraq, Belarus, Monteneqro və İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Avropa Liqası, II təsnifat mərhələsi
İlk oyunlar
14 iyul
20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya)
Baş hakim: Sergey Tsinkeviç
Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Bakı, "Bakcell Arena"
21:00. "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan)
Baş hakim: Pavle Radovanoviç
Yan xətt hakimləri: Dimitriye Mrqudoviç, Aleksandar Cikanoviç
Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)
Sent-Polten, "NV Arena"
22:30. MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Boyan Panciç
Yan xətt hakimləri: Ştefan Hallberq, Maqnus Syöblom
Dördüncü hakim: Mohammed Əl-Hakim (hamısı İsveç)
Dyör, "Dyirmoti" stadionu