Yuxarı
    Bağlamaq

    ​"Daçiya" - "Kəpəz" matçı Kişinyovda keçirilməyəcək

    Azərbaycan klublarının Avropa Liqasının ilkin mərhələsindəki bütün oyunlarının vaxtı və yeri açıqlanıb

    Bakı. 24 iyun. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Daçiya"sı ilə keçirəcəyi cavab görüşünün stadionu dəyişdirilib. "Report"un məlumatına görə, iyulun 7-də baş tutacaq qarşılaşma Kişinyovun "Zimbru" stadionunda yox, paytaxtdan 33 km məsafədə yerləşən Speya rayonundakı eyniadlı stadionda olacaq. 

    Matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 8500 tamaşaçı tutumuna malik stadion "Daçiya"nın ev arenası sayılır və beynəlxalq oyun keçirməyə razılıq alıb. Bu komandalar arasındakı ilk qarşılaşma isə iyunun 28-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da oynanılacaq. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. 

    Avroliqadakı digər klublara gəldikdə, iyunun 30-da "Bakcell Arena"da "Qəbələ" və Gürcüstan "Samtredia"sı arasındakı oyun saat 21:00-da start götürəcək. Zestafonidəkı David Abaşidze adına stadionda keçiriləcək cavab görüşü isə saat 19:00-a təyin olunub.

    Ayın son günündə Maltanın Paolo şəhərində keçiriləcək qarşılaşmada isə "Baltsan" və "Neftçi" klubları üz-üzə gələcək. "Hibernians" stadionundakı oyun saat 20:00-da başlayacaq. İyulun 7-də Bakıda keçiriləcək cavab görüşündə də komandalar eyni saatda "Bakcell Arena"da üz-üzə gələcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi