Azərbaycan klublarının Avroliqada cavab görüşlərini idarə edəcək hakimlər müəyyənləşib

Azərbaycan klublarının Avroliqada cavab görüşlərini idarə edəcək hakimlər müəyyənləşib Görüşləri Şotlandiya, Qazaxıstan və Fransadan olan hakimlər idarə edəcək
Futbol
4 İyul , 2015 12:01
Azərbaycan klublarının Avroliqada cavab görüşlərini idarə edəcək hakimlər müəyyənləşib

Bakı. 4 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına hakim təyinatları olub. "Report"un məlumatına görə, Azərbaycanı Avroliqada təmsil edən "Neftçi", "İnter" və "Qəbələ" klublarının görüşlərini Şotlandiya, Qazaxıstan və Fransadan olan hakimlər idarə edəcək.

Monteneqroda keçiriləcək "Mladost" - "Neftçi" matçının baş hakimi şotlandiyalı Kevin Klansi olacaq. Ona həmyerliləri Alastair Mazer və Stuart lan MakMillan kömək edəcək. Bakı "İnter"in Albaniyanın "Laçi" klubu ilə görüşü qazaxıstanlı hakimlər briqadasına həvalə olunub. Bakıda keçiriləcək görüşdə Aleksandr Əliyevə Sergey Vassyutin və Samat Tergeussizov köməklik göstərəcək. "Qəbələ"nin doğma meydanda Gürcüstan "Dinamo"su (Tiflis) ilə qarşılaşmasına fransalı hakimlər təyinat alıb. Matçın baş hakimi Amauri Delerue, köməkçi hakimlər isə Laurent Styen və Maykl Annonyerdir.

Avropa Liqası, I təsnifat mərhələsi

9 iyul, cavab görüşləri

20:00. "Mladost" (Podqoritsa, Monteneqro) - "Neftçi"

Baş hakim: Kevin Klenci (Şotlandiya)

Yan xətt hakimləri: Alastair Mazer, Stüart Yan Makmillan (Şotlandiya)

Dördüncü hakim: Brayan Kolvin (Şotlandiya)

UEFA hakim-inspektoru: Marian Ruzbarski (Slovakiya)

UEFA nümayəndəsi: Jan-Lui Pyet (Fransa)

Podqoritsa. "Qradski" stadionu

21:00. "İnter" - "Laçi" (Albaniya)

Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan)

Yan xətt hakimləri: Sergey Vasyutin, Samat Tergeussizov (Qazaxıstan)

Dördüncü hakim: Denis İzmaylov (Qazaxıstan)

UEFA hakim-inspektoru: Edvard Foli (İrlandiya)

UEFA nümayəndəsi: Pyotr İvanov (Ukrayna)

Bakı. "İnter Arena"

21:00. "Qəbələ" - "Dinamo" (Tbilisi, Gürcüstan)

Baş hakim: Amori Delerü (Fransa)

Yan xətt hakimləri: Loran Stian, Mişel Annonye (Fransa)

Dördüncü hakim: Sabastyen Moreyra (Fransa)

UEFA hakim-inspektoru: Piter Cons (İngiltərə)

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Qəbələ. Qəbələ şəhər stadionu

İlkin təsnifat mərhələsinin cavab görüşlərinə Azərbaycan hakimləri də təyinat alıb. Luksemburqda keçiriləcək "Dudelanj" - "Kollec" (İrlandiya) qarşılaşması Rəhim Həsənova həvalə olunub. Onun köməkçiləri Rza Məmmədov, Namiq Hüseynov və Əliyar Ağayev olacaq. Orxan Məmmədov isə "Beroe" (Bolqarıstan) - "Atalantas" (Litva) matçını idarə edəcək. O.Məmmədova bu işdə Yaşar Abbasov, Vaqif Musayev və Ramil Əhmədov kömək edəcək.

"Jelezniçar" (Bosniya və Hersaqovina) - "Balzan" matçının hakim-inspektoru Asim Xudiyev olacaq. Orxan Hüseynzadə isə "Torpedo-Belaz" (Belarus) - "Kukesi" (Albaniya) maçtında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi