Yuxarı
    Bağlamaq

    Azərbaycan klublarının da yer aldığı yeni reytinq siyahısı açıqlanıb

    Qarabağ 2 pillə geriləyib

    Bakı. 1 iyun. REPORT.AZ/ Avropa futbol klublarının yeni reytinq siyahısı açıqlanıb. "Report"un məlumatına görə, "Euro Club İndex"in dərc etdiyi siyahıda 707 komanda yer alıb.

    Onlardan 10-u Azərbaycan təmsilçiləridir. Ağdamın "Qarabağ" klubu əvvəlki siyahı ilə müqayisədə 2 pillə geriləyərək 221-ci mövqeyə enib. Amma komandanın aktivində yenə 1883 xal var. 5 pillə və 24 xal geriləyən Bakı "İnter"i 1764 xalla 255-ci pillədə qərarlaşıb. Aktivinə daha 8 xal yazdıran "Qəbələ" 1546 xalla 330-cu, 2 pillə və 7 xal geriləyən "Neftçi" 1531 xalla 333-cüdür.

    Azərbaycanın siyahıdakı qalan 6 təmsilçisi sırasında 2014-2015-ci il mövsümünü yarımçıq tərk etmiş "Araz Naxçıvan" da var:

    399 (-1). "Xəzər Lənkəran" - 1348 (-3)

    402. "Simurq" (Zaqatala) - 1345 (+3)

    409 (-1). AZAL (Bakı) - 1330 (+7)

    428 (-1). "Bakı" - 1266 (-7)

    460 (+12). "Sumqayıt" - 1177 (+24)

    539. "Araz Naxçıvan" - 940

    Qeyd edək ki, siyahıda ilk 4 klubdan 3-ü İspaniya təmsilçisidir. "Barselona" 4519 xalla 1-ci, 4340 xala malik "Real Madrid" 2-ci, 3891 xalı olan "Atletiko" 4-cü pillədədir. 3-cü pillə isə 3955 xala malik Almaniya "Bavariya"sına məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi