Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar "İnter" və "Zirə" Rumıniya çempionu ilə Boluda görüşəcəklər
Futbol
30 May , 2017 01:21
Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

Bakı. 30 may. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında çıxış edəcək Azərbaycan klubları Rumıniya çempionu "Vitorul"la yoxlama matçı keçirəcəklər. 

"Report"un Konstanta təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, George Hacının baş məşqçi olduğu komanda iyunun 17-də "İnter"lə, iyunun 20-də "Zirə" ilə qarşılaşacaqlar. Hər iki görüş Türkiyədə olacaq.

"Qəbələ" ilə oyunun isə Sloveniya toplanışı çərçivəsində iyunun 26-da baş tutacağı bildirilir. Lakin rəqiblərin dəyişilməsinin mümkünlüyü də vurğulanıb.

Qeyd edək ki, "İnter" və "Zirə" yay toplanışını Boluda keçəcək. "Qəbələ" isə Avstriyaya yollanacaq. Bu səbəbdən, "Vitorul" - "Qəbələ" matçının baş tutması real deyil. 

Son xəbərlər

Orphus sistemi