Avropa klubları futbolçularla müqavilələri uzadacaq

Avropa klubları futbolçularla müqavilələri uzadacaq UEFA quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirib.
Futbol
1 Aprel , 2020 17:55
Avropa klubları futbolçularla müqavilələri uzadacaq

UEFA quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirib.

“Report”un AS nəşrinə istinadən verdiyi məlumata görə, iclasdan sonra bir sıra qərarlar qəbul edilib. Onlardan biri cari mövsümü başa vurmaq üçün oyunçuların müqavilələrinin uzadılması ilə bağlıdır.

30 iyunda başa çatan sözləşmələr uzadılmalıdır. Bu klubların saxlamaq istədikləri oyunçular üçün deyil, bütün futbolçulara şamil olunmalıdır.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqası da dayandırılıb.  

Son xəbərlər

Orphus sistemi