Azərbaycan klubları bir-biri ilə yoxlama matçları keçiriblər

Azərbaycan klubları bir-biri ilə yoxlama matçları keçiriblər "Qəbələ" qalib gəlib, "Xəzər Lənkəran" məğlubiyyətdən xilas olub
Futbol
12 Noyabr , 2014 18:15
Azərbaycan klubları bir-biri ilə yoxlama matçları keçiriblər
Bakı. 12 noyabr. REPORT.AZ/ Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində futbol üzrə Azərbaycan Premyer Liqası klubları yoxlama oyunları keçiriblər. "Report"un məlumatına görə, Bakıda hazırlıq keçən "Xəzər Lənkəran" AZAL komandasının qonağı olub.

"AZAL Arena"da baş tutan görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 5-ci dəqiqədə Freddi Mombonqo açıb. 52-ci dəqiqədə Fernando Qabriel bərabərlik qolunu vurub.

Daha bir yoxlama matçı Sumqayıtda eyniadlı klubla "Qəbələ" arasında olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Qonaqların qollarını 55-ci dəqiqədə Dodo, 83-cü dəqiqədə Markus Vinisius vurub. Meydan sahiblərinin heyətində isə 60-cı dəqiqədə Tofiq Mikayılov fərqlənib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında fasilə noyabrın 19-dək davam edəcək.  

Son xəbərlər

Orphus sistemi