Yuxarı

Azərbaycan klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Kəpəz və Qəbələ səfərdə, Neftçi isə evdə mübarizə aparacaq

Bakı. 7 iyul. REPORT.AZ/ Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycanın "Kəpəz", "Neftçi" və "Qəbələ" klubları növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

"Kəpəz" klubu Moldovada yerli "Daçiya" ilə qarşılaşacaq. Şahin Diniyevin komandası ilk oyunda qolsuz heç-heçə etdiyindən, səfərdə qollu heç-heçə də sərf edir. Gəncəlilər növbəti mərhələyə yüksələrsə, "Admira-Vakker Medlinq" (Avstriya) - "Spartak Miyava" (Slovakiya) cütlüyünün qalibi ilə üz-üzə gələcək və ilk matçını səfərdə keçirəcək. 

Roman Qriqorçukun rəhbərlik etdiyi "Qəbələ" klubu Gürcüstanda yerli "Samtrediya"nın qonağı olacaq. Oyun Samtrediada deyil, Zestafonidə baş tutacaq. "Qırmızı-qaralar" ilk oyunda 5:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksləmək üçün böyük üstünlük əldə edib. "Qəbələ"nin səfərdən böyük hesablı məğlubiyyətlə dönməsi isə real görünmür. İndi "Qəbələ" avrokuboklarda yeni mövsümdə ilk səfər matçında daha çox formal xarakter daşıyan mübarizənin iştirakçısı olacaq.

"Neftçi" isə Maltanın "Baltsan" klubunu qəbul edəcək. Bu, "ağ-qaralar"ın avrokuboklarda yeni mövsümdə ilk ev matçı olacaq. "Neftçi" səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, mərhələ keçmək vəzifəsini, demək olar, həll edib. Bakı klubu ikinci təsnifat mərhələsində "Şkendiya" (Makedoniya) - "Krakoviya" (Polşa) cütlüyünün qalibi ilə üzləşəcək. İlk matç Makedoniyada olub və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Püşkə əsasən "Neftçi" həmin duelin qalibini növbəti mərhələdə ilk oyunda Bakıda qəbul edəcək. 

Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu

7 iyul

19:00. "Daçiya" (Moldova) - "Kəpəz" (Azərbaycan)

Baş hakim: Laşa Silaqava

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria

Dördüncü hakim: Goga Kikaçeişvili (Hamısı Gürcüstan)

Speya. Speya Stadionu

İlk oyun: 0:0

19:00. "Samtredia" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Georgios Kizas

Yan xətt hakimləri: Çasan Koula, İoannis Sipkas

Dördüncü hakim: Aleksandros Aretopoulos (hamısı Yunanıstan)

Zestafoni. David Abaşidze adına stadion

İlk oyun - 5:1

20:00. "Neftçi" (Azərbaycan) - "Baltsan" (Malta)

Hakimlər: Yaroslav Kozik

Yan xətt hakimləri: Yevgeni Xalamendik, Viktor Matyaş

Dördüncü hakim: Mikola Balakin (hamısı Ukrayna)

Bakı. "Bakcell Arena" stadionu

İlk oyun - 2:0

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi