Bu gün ​Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

Bu gün ​Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır "Qəbələ", "Neftçi" və "İnter" klubları meydana çıxacaq
Futbol
2 İyul , 2015 09:50
Bu gün ​Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın "Qəbələ", "Neftçi" və "İnter" klubları Avropa Liqasında mübarizəyə başlayır. "Report"un məlumatına görə, meydana ilk olaraq paytaxtın "İnter" klubu çıxacaq.

Bakı təmsilçisi Albaniyada "Laçi"nin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

"Qəbələ" yeni mövsümün ilk avrokubok oyununu səfərdə keçirəcək. "Qırmızı-qaralar" Gürcüstan "Dinamo"sunun qonağı olacaq. Roman Qriqorçukun komandası Bakı vaxtı ilə 21:00-da meydana çıxacaq.

Bakıda isə bir görüş baş tutacaq. Son mövsüm avrokuboklarda uğursuzluq yaşayan "Neftçi" bu dəfə yenilənmiş kollektivlə "Mladost" qarşısına çıxacaq. Monteneqro təmsilçisi ilə "Bakcell Arena"da keçiriləcək qarşılaşma 21:00-da start götürəcək.

20:30. "Laçi" (Albaniya) - "İnter" (Azərbaycan)

Albaniya, Laçi. "Laçi" stadionu

21:00. "Neftçi" (Azərbaycan) – "Mladost" (Monteneqro)

Bakı. "Bakcell Arena"

21:00. "Dinamo" (Gürcüstan) – "Qəbələ" (Azərbaycan)

Tbilisi. "Dinamo Arena” stadionu

Son xəbərlər

Orphus sistemi