Yuxarı
    Bağlamaq

    Azərbaycan klubları Avropa Liqasında ilk oyununu keçirib

    Komandaların biri Bakıda, digərləri səfərdə meydana çıxıb

    Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanın "Neftçi", "İnter" və "Qəbələ" futbol klubları Avropa Liqasında ilk oyunlarını keçirib.

    "Report"un məlumatına görə, I təsnifat mərhələsi çərçivəsində komandaların biri Bakıda, digərləri isə səfərdə meydana çıxıb.

    "İnter" Albaniyada yerli "Laçi" ilə üz-üzə gəlib. 90 dəqiqənin sonunda Oyun 1:1 hesabı ilə heç-heçə bitib. Qollar: Meto, 20 (1:0), Nika Kvekveskiri, 47 (1:1).

    Gürcüstanda isə Tiflis "Dinamo"su ilə "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın yekununda Gürcüstan komandası üstün tərəf olub - 2:1.

    Bakıda keçirilən yeganə oyunda isə "Neftçi" və "Mladost" komandaları qarşılaşıb. Monteneqro təmsilçisi ilə görüş heç-heçə ilə yekunlaşıb - 2:2.

    Qeyd edək ki, cavab görüşləri iyulun 9-da keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi