​Bu gün Azərbaycan klubları Avropa Liqasında cavab görüşlərini keçirəcək

​Bu gün Azərbaycan klubları Avropa Liqasında cavab görüşlərini keçirəcək "İnter"ə qolsuz heç-heçə, "Neftçi" və "Qəbələ"yə minimal hesablı qələbə kifayət edir
Futbol
9 İyul , 2015 10:36
​Bu gün Azərbaycan klubları Avropa Liqasında cavab görüşlərini keçirəcək

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərini keçirəcəklər. "Report"un məlumatına görə, növbəti mərhələ uğrunda "Qəbələ, "İnter" və "Neftçi" mübarizə aparacaq.

"İnter" eyniadlı arenada "Laçi" klubunu qəbul edəcək. Albaniyada keçirilmiş ilk görüşdə "bankirlər" 1:1 hesablı heç-heçəyə nail olub. "Qəbələ" ilk matçda Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo"ya 1:2 hesabı ilə məğlub olub. Paytaxtın digər təmsilçisi "Neftçi" isə səfərdə Monteneqro "Mladost"u ilə qarşılaşacaq. "Bakcell Arena"da baş tutan ilk görüşdə 2:2 hesabı qeydə alınıb. Cavab görüşlərində "İnter"i qolsuz heç-heçə, "Qəbələ" və "Neftçi"ni isə minimal hesablı qələbə qane edir. 

"İnter" "Laçi" səddini aşsa, gecə başlanacaq "Hafnarfyordur" (İslandiya) - SJK (Finlandiya) matçının bitməsini gözləyəcək. "Qəbələ" məğlubiyyətin qisasını ala bilsə, "Çukariçki" (Serbiya) - "Domjale" (Sloveniya) matçının nəticəsini gözləməli olacaq. "Neftçi" Monteneqroda "Mladost"u üstələməyi bacarsa, "Torpedo" (Belarus) - "Kukesi" (Albaniya) matçının qalibi ilə qarşılaşacaq.

21:00. "İnter" - "Laçi" (Albaniya)

Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan)

Yan xətt hakimləri: Sergey Vasyutin, Samat Tergeussizov (Qazaxıstan)

Dördüncü hakim: Denis İzmaylov (Qazaxıstan)

UEFA hakim-inspektoru: Edvard Foli (İrlandiya)

UEFA nümayəndəsi: Pyotr İvanov (Ukrayna)

21:00. "Qəbələ" - "Dinamo" (Tbilisi, Gürcüstan)

Baş hakim: Amori Delerü (Fransa)

Yan xətt hakimləri: Loran Stian, Mişel Annonye (Fransa)

Dördüncü hakim: Sabastyen Moreyra (Fransa)

UEFA hakim-inspektoru: Piter Cons (İngiltərə)

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).

23:30. "Mladost" (Podqoritsa, Monteneqro) - "Neftçi"

Baş hakim: Kevin Klenci (Şotlandiya)

Yan xətt hakimləri: Alastair Mazer, Stüart Yan Makmillan (Şotlandiya)

Dördüncü hakim: Brayan Kolvin (Şotlandiya)

UEFA hakim-inspektoru: Marian Ruzbarski (Slovakiya)

UEFA nümayəndəsi: Jan-Lui Pyet (Fransa).

Son xəbərlər

Orphus sistemi