Azərbaycan klubları avrokubok oyunlarından öncə bir-biri ilə qarşılaşacaq

Azərbaycan klubları avrokubok oyunlarından öncə bir-biri ilə qarşılaşacaq "Azərreyl"lə "Azəryol" arasında görüş keçiriləcək
Futbol
24 Oktyabr , 2015 12:47
Azərbaycan klubları avrokubok oyunlarından öncə bir-biri ilə qarşılaşacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" və "Azərreyl" klubları arasında yoxlama matçı keçiriləcək. "Report"un məlumatına görə, görüş oktyabrın 25-də Voleybol Mərkəzində baş tutacaq.

Bu oyun iki komandanın qitəmiqyaslı yarışlar öncəsi oyun praktikalarını artırma baxımından önəmlidir. Hələ Azərbaycan Super Liqası başlamadığından, klublar güclərini belə qarşılaşmalarda sınayırlar. Bu il hər iki komandada dəyişikliklər baş verib. Ötən mövsümədək "Azəryol" adlanan klub artıq "Azərreyl" adlanır və Çempionlar Liqasında mübarizə aparacaq. "Azərreyl"dən "Azəryol"a çevrilən komanda isə CEV Kubokunda çıxış edəcək. "Azərreyl"ə Bülent Karslıoğlu, "Azəryol"a isə Aleksandr Çervyakov baş məşqçi təyin olunub.

Komandalar ilk rəsmi oyunlarını oktyabrın 28-də keçirəcəklər. Çempionlar Liqasının A qrupunda yer alan "Azərreyl" Almaniyanın MTV (Ştutqart) komandasını qəbul edəcək. "Azəryol" isə CEV Kubokunun 1/16 final mərhələsinin ilk görüşündə Rumıniyanın "Tarqovitse" klubunun qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi