Azərbaycan klubları 2018-ci ildə futbolçulara 17 milyon avro maaş ödəyib

Azərbaycan klubları 2018-ci ildə futbolçulara 17 milyon avro maaş ödəyib Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2018-ci maliyyə ili üzrə futbolçulara ödədiyi maaşın həcmi bəlli olub.
Futbol
16 Yanvar , 2020 17:18
Azərbaycan klubları 2018-ci ildə futbolçulara 17 milyon avro maaş ödəyib

Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2018-ci maliyyə ili üzrə futbolçulara ödədiyi maaşın həcmi bəlli olub.

"Report"un məlumatına görə, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib.

Çempionatdakı 8 komanda oyunçularına toplamda 17 milyon avro əməkhaqqı ödəyib. 

Orta hesabla hər klub oyunçulara 2.1 milyon avro maaş verib.  

Qeyd edək ki, ölkə çempionatı bu göstəriciyə görə Avropada 30-cudur. İlk pillədə 3 milyard 235 milyon avro maaş ilə İngiltərə Premyer Liqası qərarlaşıb.

İspaniya La Liqasındakı klublar oyunçulara 2 milyard 20 milyon avro, Almaniya Bundesliqa təmsilçiləri isə ümumilikdə 1 milyard 664 milyon avro maaş veriblər. 

Son xəbərlər

Orphus sistemi