Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə İsveçrə yığması arasında baş tutan Avropa çempionatının seçmə mərhələ oyunu zamanı yanğın baş verib.
"Report" xəbər verir ki, yanğın "Kapital Bank Arena"nın inzibati otaqlarından birində elektrik naqillərində olub.
Qeyd edək ki, bu, "Kapital Bank Arena"da ilk beynəlxalq rəsmi oyundur.