Yuxarı

Azərbaycan I Divizionda yeni legioner limiti gələn il tətbiq olunacaq

Yanvaradək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il rəvəllüdlü və daha gənc təvəllüdlü) sistemi qalacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda yeni legioner limiti 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qərar Peşəkar Futbol Liqasının müraciətindən sonra verilib.

Yanvaradək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il rəvəllüdlü və daha gənc təvəllüdlü) sistemi tətbiq olunacaq. AFFA İcraiyyə Komitəsinin son iclasında isə I Divizionda heyətin 5-i 1994-cü il və sonrakı illərdə doğulanlardan, 4-ü isə yaş məhdudiyyəti olmayanlardan ibarət 9 yerli futbolçu və 2 legionerdən qurulması barədə qərar verilib. Gələn ildən məhz bu qərar qüvvəyə minəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi