Azərbaycan hakimləri 5 oyuna təyinat alıb

Azərbaycan hakimləri 5 oyuna təyinat alıb Antalyada ilk oyun gününü idarə edənlər açıqlanıb
Futbol
14 Yanvar , 2015 15:52
Azərbaycan hakimləri 5 oyuna təyinat alıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bu gün müxtəlif ölkələrdən olan komandaların oyunlarını idarə edəcəklər. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ədələt təmsilçilərini 5 matça göndərib. 

Azərbaycanlı hakimlərin idarə edəcəkləri oyunlar:

14 yanvar

"Kukesi" (Albaniya) - "Quançjou" (Çin)

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Mübariz Haşımov

"Kayserispor" (Türkiyə) - "Gölcükspor" (Türkiyə)

Hakimlər: Ramil Əhmədov, Mehman Mahmudov, Akif Əmirəli


"Diyarbakırspor" (Türkiyə) - "İstanbulspor" (Türkiyə)

Hakimlər: Mahir Məmmədov, Elman Musayev, Kamran Bayramov


"Giresunspor" (Türkiyə) - "Şanlıurfaspor" (Türkiyə)

Hakimlər: Ziya Nəsirov, Vaqif Musayev, Nahid Əliyev


"Silivrispor" (Türkiyə) - "Tirespor" (Türkiyə)

Hakimlər: Xəlil Xəlilov, Yaşar Abbasov, Zeynal Zeynalov 

Son xəbərlər

Orphus sistemi