Yuxarı

Azərbaycan güləşçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Azərbaycan güləşçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Sərbəst güləş üzrə Azərbaycan yığması iyulun 4-dən ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayacaq.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kollektiv bu gün Türkiyəyə yola düşüb. 

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək. 

Daha sonra komanda 11-14 iyulda həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi