​Azərbaycan futzalçıları Danimarka millisini darmadağın edib

​Azərbaycan futzalçıları Danimarka millisini darmadağın edib Oyunda 11:2 hesabı qeydə alınıb
Futbol
20 Mart , 2015 00:04
​Azərbaycan futzalçıları Danimarka millisini darmadağın edib

Bakı. 20 mart. REPORT.AZ/ Martın 19-da Bakıda keçirilən futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin növbəti oyununda Azərbaycan və Danimarka milli komandaları üz-üzə gəlib.

"Report"un məlumatına görə, komandamız rəqibin qapısından 11 top keçirib.

Danimarkalılar buna 2 qol ilə qarşılıq verə biliblər. Yığmamızın heyətində Rəcəb Fərəczadə, Vitali Borisov, Amadeu, Auqusto, Rizvan Fərzəliyev, Fineo De Araujo (2), Ramiz Çovdarov (2) və İsa Atayev (2) fərqlənib. Rəqib komandadan Jakob Jensen və Mads Jensen adlarını tabloya yazdırıblar.

Komandamız martın 21-də qrup birinciliyi uğrunda həlledici görüşdə Ukrayna seçməsi ilə qarşılaşacaq.

Qrupu ilk pillədə başa vuran komanda 2016-cı ildə Serbiyada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi