Azərbaycan futbolundakı irqçilik hadisəsi ilə bağlı bəyanat yayılıb

Azərbaycan futbolundakı irqçilik hadisəsi ilə bağlı bəyanat yayılıb "Sumqayıt" klubu "Qəbələ" komandasının futbolçusuna qarşı hərəkəti yolverilməz sayıb
Futbol
13 Noyabr , 2014 17:13
Azərbaycan futbolundakı irqçilik hadisəsi ilə bağlı bəyanat yayılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ "Sumqayıt" futbol klubu noyabrın 12-də "Qəbələ" ilə yoxlama oyunu zamanı baş vermiş irqçilik hadisəsi ilə bağlı bəyanat yayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda "Kapital Bank Arena"dakı qarşılaşmanın 40-cı dəqiqəsində stadionda olan bir azarkeş tərəfindən rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadələrin səsləndirildiyi vurğulanır. 

Bildirilir ki, "Sumqayıt" bu cür halları pisləyir, hadisənin araşdırılması yönündə işləri davam etdirir. Güman olunur ki, bu şüar meydanda əyləşən bir azyaşlı tərəfindən səsləndirilib.

"Sumqayıt futbolsevərlər şəhəridir, fanatlarımız bu günə qədər daim istənilən rəqibə və futbolçuya hörmətlə yanaşıb. Klubumuz belə hərəkətin yolverilməz olduğunu açıqlayır. Hətta həmin hadisədən bir qədər sonra, daha dəqiq fasilə zamanı rəsmi fan-klubumuz Ehiosunu alqış sədaları ilə yanlarına çağırıb", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, "Qəbələ" ilə qarşılaşmada "Sumqayıt"ın bəzi azarkeşləri Ekiqo Ehiosunun ünvanına "Ebola" şüarı səsləndiriblər. 

Son xəbərlər

Orphus sistemi