Azərbaycan futbolunda videotəkrar sisteminin tətbiqi FİFA-nın qərarından asılıdır

Azərbaycan futbolunda videotəkrar sisteminin tətbiqi FİFA-nın qərarından asılıdır Xaqani Məmmədov: “VAR-a keçid əlavə vəsait və mütəxəssislər tələb edir”
Futbol
29 Sentyabr , 2017 12:32
Azərbaycan futbolunda videotəkrar sisteminin tətbiqi FİFA-nın qərarından asılıdır

Bakı. 29 sentyabr. REPORT.AZ/ “FİFA videotəkrar sistemini təsdiqləyəcəyi halda, bu, Azərbaycanda da tətbiq olunacaq. Lakin hazırda sözügedən məsələ gündəmimizdə deyil”. 

Bunu “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycanda keçirilən futbol matçları zamanı videotəkrar sisiteminin (VAR) tətbiqinin nə dərəcədə mümkünlüyü barədə danışarkən deyib.

O, bildirib ki, yeni sistemə keçid əlavə vəsait və mütəxəssislər tələb edir. X.Məmmədovun fikrincə, VAR tam öyrənilməlidir: “Videotəkrar hələlik test mərhələsində olsa da, müsbət cəhətləri çoxdur. Məsələn, Almaniya Bundesliqasının birinci dövrəsində hakimlər 59 ciddi səhv buraxıblar. Videotəkar olsaydı, onlardan 45-nin qarşısını almaq olardı. Ancaq İngiltərə kimi futbol ölkəsində hələ “VAR” sisteminə keçməyə tələsmirlər. Onlar bunu 2018-ci ilin yayına planlaşdırırlar və hələlik yekun qərar verməyiblər. ABŞ, Braziliya, Avstraliya, Hollandiya, Portuqaliya kimi ölkələrdə VAR sınaqdan keçirilib. İtaliyada isə bu mövsüm üçün nəzərdə tutulub. Yeni sistemə keçid əlavə vəsait və mütəxəssislər tələb edir”.

Qeyd edək ki, İspaniya Kubokunun oktyabr və noyabr aylarında keçiriləcək 1/16 final mərhələsinin matçlarında da VAR sistemi tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi