Yuxarı
    Bağlamaq

    Azərbaycan futbolunda şübhəli oyunlarda iştirak edən 6 klubdan 22 futbolçu, 1 inzibatçı və hakim cəzalandırılıb - SİYAHI

    Həmin şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıblar

    Bakı. 22 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi şübhəli oyunlarla bağlı araşdırmaların yekunu olaraq, cəza tədbirləri görüb.

    "Report"un məlumatına görə, qurumun rəsmi saytı vasitəsilə yayılan açıqlamada bildirilir ki, UEFA-dan və digər mənbələrdən I Divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır. 

    Komissiyanın qərarına əsasən, "Rəvan"ın 7, "Göyəzən" və "Energetik"in hərəyə 3, "Şərurspor" və "Bakılı"nın hərəyə 2, "Şahdağ"ın 5 futbolçusu, eləcə də Qusar komandasının inzibatçısı ilə bir hakim bu işdə şübhəli bilindikləri üçün araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

    Həmin şəxslər bunlardır: 

    “Şahdağ”: Kamran Ağakərimov, İqrar Səmədov, Tofiq Səfiyev, Mahiddin Ağamov, Faik Ağarəhimov, Rafael Kübərov (İnzibatçı)

    “Rəvan”: Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Elvin Əliyev, Omid Masumi, Fərid Quliyev, Cəmşid Məhərrəmov

    “Bakılı”: Bəhram Bəhramzadə, Xəzər Qəribov

    “Göyəzən”: Arzuman Vəliyev, Orxan Əsgərov, Tunar Şahtaxtinski

    “Energetik”: Elvin Əlizadə, Kamran Lalayev, Orxan Əlibalayev

    “Şərurspor”: Mehdi Rəsulov, Samir Musayev

    Hakim: Anar Niyazov

    Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi