​Azərbaycan futbolçusu Rusiya klubu ilə müqavilə imzalayıb

​Azərbaycan futbolçusu Rusiya klubu ilə müqavilə imzalayıb "İnter"in yarımmüdafiəçisi "Torpedo"ya keçib
Futbol
26 Fevral , 2016 21:55
​Azərbaycan futbolçusu Rusiya klubu ilə müqavilə imzalayıb

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiyanın Armavir şəhərinin "Torpedo" klubu fevralın 26-sı, transfer pəncərəsinin son günü heyətinə daha bir yeni futbolçu cəlb edə bilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, Bakının "İnter" klubunun yarımmüdafiəçisi, 1993-cü il təvəllüdlü Abdulla Abasiyevdir.

Azərbaycan yığmasının da şərəfini qorumağa macal tapmış futbolçu "İnter"in heyətində 50-dən çox oyun keçirib.

Futbolçu həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.

Valeri Karpinin yetirmələri Rusiya Futbol Liqasında 16 xalla 20 klub arasında sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi