Azərbaycan millisinin futbolçusu Çexiyada yeni klubla müqavilə bağlayıb

Azərbaycan millisinin futbolçusu Çexiyada yeni klubla müqavilə bağlayıb Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan futbolçusu Arziman Rizvanov Çexiyada klubunu dəyişib.
Futbol
21 Fevral , 2019 15:05
Azərbaycan millisinin futbolçusu Çexiyada yeni klubla müqavilə bağlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan futbolçusu Arziman Rizvanov Çexiyada klubunu dəyişib.

Bu barədə “Report”a futbolçunun meneceri Erkin İbrahimov məlumat verib.

Onun sözlərinə görə, son 1,5 ili Çexiyanın “Banik” klubunda keçirən 20 yaşlı mərkəz yarımmüdafiəçisi “Bohemians-1905”lə bu ilin sonuna qədər müqavilə bağlayıb.

Çexiyanın yüksək dəstəsində çıxış edən Praqa təmsilçisi 21 turdan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, A.Rizvanov “Neftçi”nin yetirməsidir. O, sonuncu dəfə ötən ilin mayında Azərbaycanın U-20 yığmasına dəvət alıb. 

Son xəbərlər

Orphus sistemi