Çempionlar Liqasında ilk turun oyunlarına yekun vurulub

Çempionlar Liqasında ilk turun oyunlarına yekun vurulub ​Azərbaycan futbolçusu Budaq Nəsirovun klubu "Real Madrord"lə oyunda sensasiyaya yaxın olub
Futbol
15 Sentyabr , 2016 00:48
Çempionlar Liqasında ilk turun oyunlarına yekun vurulub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında ilk tura yekun vurulub.

"Report" xəbər verir ki, turnirin ikinci oyun günü də məhsuldar alınıb.

İngiltərə çempionu "Lester" qrupda debütünü səfərdə böyükhesablı qələbə ilə qeyd edib. Azərbaycan yığmasının futbolçusu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq" "Real Madrid"lə səfər matçında sensasiyaya çox yaxın olub.

"C" Qrupu

"Mançester Siti” (İngiltərə) – "Borussiya” (Münhenqladbax, Almaniya) - 4:0

Qollar: Serxio Aquero, 9, 27-pen, 77, Keleçi İheanaço, 90+1

"E" Qrupu

"Bayer” (Almaniya) – MOİK (Moskva, Rusiya) - 2:2

Qollar: Admir Mehmedi, 9, Hakan Çalhanoğlu, 15 - Alaz Dzaqoyev, 27, Roman Yeryomenko, 39

"Tottenhem” (İngiltərə) – "Monako” (Fransa) - 1:2

Qollar: Tobi Alderveyreld, 45 - Bernardo Silva, 13, Tomas Lemar, 31

"F" Qrupu

"Legiya” (Polşa) – "Borussiya” (Dortmund, Almaniya) - 0:6

Qollar: Mario Götze, 7, Sokratis Papastatopoulos, 16, Mark Bartra, 18, Rafael Gerrero, 59, Qonsalo Kastro, 76, Pyer-Emerik Obameyanq, 87

"Real Madrid” (İspaniya) – "Sportinq” (Portuqaliya) - 2:1

Qollar: Kriştianu Ronaldu, 89, Albaro Morata, 90+5 - Bruno Sezar, 48

"G" Qrupu

"Brügge” (Belçika) – "Lester” (İngiltərə) - 0:3

Qollar: Mark Albrighton, 9, Riyad Mahrez, 29, 61-pen

"Porto” (Portuqaliya) – "Kopenhagen” (Danimarka) - 1:1

Qollar: Otavinyo, 13 - Andreas Kornelius, 52

Qırmızı vərəqə: Jan Qrequş, 67 ("Kopenghagen", ikinci sarı)

"H" Qrupu

"Yuventus” (İtaliya) – "Sevilya” (İspaniya) - 0:0

"Lion” (Fransa) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 3:0

Qollar: Korenton Tolisso, 13, Jordan Ferri, 49, Maksvel Kornet, 57

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Qrupda II turun matçları oktyabrın 27-28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi