Azərbaycan futbol ailəsinin 200000-ci üzvü qeydiyyatdan keçib

Azərbaycan futbol ailəsinin 200000-ci üzvü qeydiyyatdan keçib AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 200000 nəfərə çatıb.
Futbol
24 Yanvar , 2020 14:38
Azərbaycan futbol ailəsinin 200000-ci üzvü qeydiyyatdan keçib

AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 200000 nəfərə çatıb.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 200000-ci üzvü AFFA-nın təşkilatçılığı ilə keçirilən U-11 Liqasında mübarizə aparır. O, “Miras” FK-nın 03.09.2009-cu il təvəllüdlü üzvü Süleymanlı Asim Aydın oğludur.

Son xəbərlər

Orphus sistemi