Bakı. 27 aprel. REPORT.AZ/ 2009-cu ilin yanvarında AFFA-nın yaratdığı futbolla məşğul olanların qeydiyyat sistemində qeydiyyata alınanların sayı 80 min nəfərə çatıb. "Report"un məlumatına görə, futbol ailəsinin yeni rekordçu üzvü Məhəmməd Şahlar oğlu Əsgərovdur.
O, 01.07.2002-ci il təvəllüdlü, “Məktəbli Kuboku” turnirinin iştirakçısı, Daşkəsən rayonu, Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdidir.
Qeyd edək ki, futbolla məşğul olan şəxslərin qeydiyyat sistemində futbolçular, məşqçilər və digər texniki işçilər yer alıb.