Azərbaycan FİFA reytinqində irəliləyib

Azərbaycan FİFA reytinqində irəliləyib Milli komanda 133-cü pillədə qərarlaşıb
Futbol
15 Sentyabr , 2016 12:09
Azərbaycan FİFA reytinqində irəliləyib

Bakı. 15 sentyabr. REPORT.AZ/ FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan siyahıda 3 pillə irəliləyib.

Robert Prosineçkinin rəhbərlik etdiyi komanda hazırda 133-cü pillədə qərarlaşıb. Millinin aktivində 252 xal var.

Siyahıya 1646 xalla yenə Argentina yığması başçılıq edir. İkinci pillə aktivində 1369 xal olan Belçika yığmasına məxsusdur. DÇ-2018-in seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya bir pillə irəliləyərək 1347 xalla üçüncü pillədədir.

Millinin rəqiblərindən Şimali İrlandiya yığması 2 pillə geriləyib və 798 xalla 30-cu pilləyə enib. 762 xalla bir pilllə irəliləyən Çexiya 33-cüdür. Aktivində 487 xal olan Norveç yığması 20 pillə geriləyərək, 70-ci olub. San Marino yığması isə bir pillə geriləyərək 17 xalla 201-ci pillədə yer alıb.

Türkiyə yığması 885 xalla iki pillə geriləyərək 210-ci, mövqeyi dəyişməyən Rusiya isə 685 xalla 38-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 20-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi