​Azərbaycan cüdosunun inkişafı üçün yeni məkan - VİDEO

​Azərbaycan cüdosunun inkişafı üçün yeni məkan - VİDEO "Cudo 2012" mərkəzi yaşından asılı olmayaraq bir çox idmançının hazırlıq məkanına çevrilib
Futbol
11 Avqust , 2015 09:24
​Azərbaycan cüdosunun inkişafı üçün yeni məkan - VİDEO

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanda son illər dövlət tərəfindən genişləndirilən idman infrastrukturuna şəxsi təşəbbüslərlə yaradılan mərkəzlər də öz töhfəsini verir.

Cüdo idman növünün ölkədə populyarlığını nəzərə alaraq bu sahədə idman mərkəzlərinin sayının artırılması vacib məsələlərdəndir. Məhz bu məqsədlə 3 il əvvəl yaradılmış "Cudo 2012" mərkəzi yaşından asılı olmayaraq, bir çox idmançının hazırlıq məkanına çevrilib.

Cüdodan əlavə burada idmanın gimnastika, akrobatika növləri ilə də məşğul olmaq mümkündür. Klub ümumilikdə 500-600 idmançı üçün nəzərdə tutulub. Hazırda "Cüdo 2012" klubunda müxtəlif yaşda təxminən 450 idmançı məşq edir ki, onlar da 10 məşqçinin nəzarətindədir. Məşqlər gün ərzində 5-6 qrup olmaqla müxtəlif saatlarda keçirilir.

Qeyd edək ki, ustalar arası ikiqat dünya çempionu, veteranlar arasında dünya və Avropa çempionu olan Azər Əsgərov tərəfindən 2012-ci ildə yaradılan cüdo klubunun əsas məqsədi ölkədə bu idman növünün inkişafı və populyarlaşdırılmasıdır.

"Report" cüdo klubundan hazırladığı videomaterialı təqdim edir:

Son xəbərlər

Orphus sistemi