Yuxarı
    Bağlamaq

    ​Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinalına yüksəlib

    Orxan Səfərov italiyalı Elios Manzini məğlub etməlidir

    Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. "Report"un məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından önəm daşıyan yarışın ilk günündə Azərbaycanın 4 cüdoçusu tatami üzərinə çıxıb.

    60 kq çəkidə Orxan Səfərov 1/8 finaldan mübarizəyə qoşulub və ilk rəqibi Belarus təmsilçisi Arif Bağırov olub. Görüş O.Səfərovun qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda hollandiyalı Jeroen Murenlə qarşılaşıb. Azərbaycan cüdoçusu bu dəfə də qələbə qazanaraq adını yarımfinala yazdırıb. O, finala çıxmaq üçün italiyalı Elios Manzini məğlub etməlidir.

    Eyni çəkidə mübarizə aparan İlqar Müşkiyev 1/16 final mərhələsində portuqaliyalı Qonsalo Mansinyodan üstün olub. Ardınca İsrail təmsilçisi Artyom Arşanskini məğlub edən İ.Müşkiyev 1/4 finalda türkiyəli Bekir Özlüyə uduzub. Azərbaycanlı cüdoçu Amiran Papinaşvili (Gürcüstan) ilə bürünc medal uğrunda təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

    66 kq çəkidəki Tərlan Kərimov 1/16 finalda ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb və məğlub olub. Yeganə qadın cüdoçumuz Aişə Qurbanlı da ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb. O, Reka Puppa (Macarıstan) məğlub olub. 

    Çempionatın qalibinə 400 lisenziya xalı veriləcək. Beynəlxalq Cüdo Federasiyası yekun reytinq siyahısını mayın sonlarında dərc edəcək.

    Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı ümumilikdə 10 cüdoçu təmsil edir. Çempionata aprelin 24-də yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi