Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişinə şərait yaradılacaq

Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişinə şərait yaradılacaq Azarkeşlər stadionun ərazisindəki dayanacaqlardan istifadə edə biləcəklər
Futbol
4 Oktyabr , 2017 11:33
Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişinə şərait yaradılacaq

Bakı. 4 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişinə şərait yaradılacaq.

"Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.

Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi