​Azərbaycan çempionu Qazaxıstan klubu ilə müqavilə imzalayıb - VİDEO

​Azərbaycan çempionu Qazaxıstan klubu ilə müqavilə imzalayıb - VİDEO Saşa Stamenkoviç "Okjetpes" klubunda çıxış edəcək
Futbol
27 Mart , 2016 18:13
​Azərbaycan çempionu Qazaxıstan klubu ilə müqavilə imzalayıb - VİDEO

Bakı. 27 mart. REPORT.AZ/ Serbiyalı qapıçı Saşa Stamenkoviç Qazaxıstanın Kokşetau şəhərinin "Okjetpes" klubu ilə bir il müddətinə müqavilə imzalayıb.

"Report" yerli "Novosti.rs" nəşrinə istinadən xəbər verir ki, Qazaxıstanda transfer pəncərəsi aprelin 3-də bağlanacaq və klub həmin vaxtadək çempionatda iştirak etməsi üçün Stamenkoviçin keçidini elan edəcək.

31 yaşlı futbolçu sonuncu dəfə ötən ilin mayında meydana çıxıb. O, Bakının "Neftçi" və Belqradın "Srvena Zvezda" klublarında çıxışı ilə məşhurdur. Serbiya KİV-nin məlumatına görə, Azərbaycan klubu 2011-ci ildə onun transferi üçün 1 milyon dollardan çox pul ödəyib.

Stamenkoviç karyerası ərzində iki dəfə Azərbaycan çempionu olub və Serbiya Kubokunu qazanıb. 2012-ci ildə "Neftçi"nin heyətində Avropa Liqasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi