Yuxarı

"Qarabağ" - "Rudar": oyun heç-heçə yekunlaşıb - YENİLƏNİB

Cavab görüşü iyulun 22-də Monteneqrodakı Qradski stadionunda keçiriləcək

Bakı. 15 iyul. REPORT.AZ/ UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Monteneqronun “Rudar” futbol komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın futbolçuları dəfələrlə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, oyunun ilk hissəsində hesab açılmayıb.

Rumıniyalı baş hakimi Sebastyan Kolteskunun idarə etdiyi görüşün ikinci hissəsində də qapılara top vurulmayıb.

Beləliklə, "Qarabağ" - "Rudar" oyunu qolsuz heç-heçə ilə yekunlaşıb. Komandalar arasında cavab görüşü iyulun 22-də Monteneqrodakı "Qradski" stadionunda keçiriləcək.

***

22:31

Bakı. 15 iyul. REPORT.AZ/ UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Monteneqronun “Rudar” komandası ilə qarşılaşır.

"Qarabağ"ın futbolçuları dəfələrlə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, oyunun ilk hissəsində hesab açılmayıb.

***

21:34

Bakı. 15 iyul. REPORT.AZ/UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Monteneqronun “Rudar” komandası ilə qarşılaşır.

"Report" məlumat verir ki, "Qarabağ"ən start heyətində İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıxov, Bədəvi Hüseynov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Cavid Tağıyev, Əlhərabi Əl-Jadeyaui, Dani Kintana və Reynaldo yer alıblar.

"Rudar"ın heyətində isə meydana Miloş Radanoviç, Jorje Juriç, Duşan Nesteroviç, Radule Jivkoviç, Miroe Yovanoviç, Mirko Radişiç, İvan Knejeviç, Predarq Brnoviç, Nedelko Vlaxoviç, Marko Vukoviç və İqor İvanoviç çıxıblar.

Qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Sebastyan Kolteskudur. Ona Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu və George Katalin Qaman kömək edirlər.

Matçın hakim-inspektoru Volodimir Petrov (Ukrayna), UEFA nümayəndəsi isə İvan Borissov Lekovdur (Bolqarıstan).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi