Azərbaycan çempionatının oyununda 17 yaşadək futbolçular arasında dava düşüb

Azərbaycan çempionatının oyununda 17 yaşadək futbolçular arasında dava düşüb AFFA İntizam Komitəsi 2 oyunçunu cəzalandırıb
Futbol
2 Mart , 2017 17:14
Azərbaycan çempionatının oyununda 17 yaşadək futbolçular arasında dava düşüb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan çempionatında 17 yaşadək futbolçular arasında keçirilən “Zirə” – “Neftçi” matçında dava düşüb. 

"Report"un məlumatına görə, kütləvi insidentin səbəbkarları "Zirə"dən Ramil Məmmədbağırov, “Neftçi”dən isə Mehman Mənsimov olub.

Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. “Zirə” və “Neftçi” klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.

İnsidentlə bağlı "Report"a açıqlama verən "Zirə" klubunun mətbuat katibi Elman Himayətoğlu bildirib ki, hadisənin səbəbkarı "Neftçi"nin futbolçusu olub: "İnsident qapıçımız Ramil Məmmədbağırovla rəqibin futbolçu Mehman Mənsimov arasında baş verib. Ramil əvvəl "Neftçi"də çıxış edib, həmin oyunçularla bir-birlərini tanıyırlar. Oyun bitəndən sonra Mənsimov Məmmədbağırova arxadan zərbə vurub. O da qarşılıq verib, nəticədə hər iki komandanın futbolçuları arasında mübahisə düşüb. Görünür, qapıçımızın oyun ərzində yaxşı təsir bağışlaması sabiq komanda yoldaşlarının xoşuna gəlməyib. Mübahisə elə də uzun sürməyib və xəsarət alan olmayıb".

Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Zirə”nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq.

Son xəbərlər

Orphus sistemi