Yuxarı

Azərbaycan çempionatının debütantı Ukrayna yığmasının sabiq hücumçusunu transfer edib

Azərbaycan çempionatının debütantı Ukrayna yığmasının sabiq hücumçusunu transfer edib

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının debütantı olan “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən məlumatına görə, ukraynalı hücumçu Marko Deviçlə 2 illik müqavilə bağlanıb.

Deviç 1983-cü il oktyabrın 27-də Serbiyanın paytaxtı Belqradda doğulub. O, karyerası ərzində Serbiyanın “Zvezdara” (2000-2002), “Jeleznik” (2002-2003), “Radniçki” (2003-2004), “Vojdovaç” (2004), Ukraynanın “Volın” (2005-2006), “Metalist” (2006-2012, 2013-2014), “Şaxtyor” (2012-2013), Rusiyanın “Rubin” (2014-2016), “Rostov” (2017) və Qətərin “Əl Rayyan” (2015) komandalarının şərəfini qoruyub. Hücumçunun son klubu İsveçrə çempionatında mübarizə aparan Lixtenşteyn “Vadus”u olub.

Deviç 2008-2014-cü illər aralığında Ukrayna millisinin şərəfini qoruyub. O, yığmada keçirdiyi 35 oyunda 7 qola imza atıb.

Yeni transfer 9 nömrəli formada çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi