​Azərbaycan çempionluğu yaşayan baş məşqçi və klublar açıqlanıb

​Azərbaycan çempionluğu yaşayan baş məşqçi və klublar açıqlanıb Qurban Qurbanov baş məşqçi kimi 2-ci dəfə bu nailiyyətə imza atıb
Futbol
18 May , 2015 13:34
​Azərbaycan çempionluğu yaşayan baş məşqçi və klublar açıqlanıb

Bakı. 18 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIV turunda "Sumqayıt" komandasını məğlub etmiş "Qarabağ" 3-cü çempionluğunu rəsmiləşdirib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bugünədək Azərbaycan çempionatında yalnız Gəncənin "Kəpəz" klubu ağdamlılarla eyni sayda çempionluğu bayram edib.

Ümumilikdə indiyədək 8 komanda çempionluq sevincini yaşayıb. "Neftçi" (Bakı) 8, "Kəpəz" (Gəncə) və "Qarabağ" (Ağdam) 3, "Şəmkir", "Bakı" və "İnter" (Bakı) 2, "Turan" (Tovuz) və "Xəzər Lənkəran" isə 1 dəfə ölkə çempionatının ən güclüsü adını qazanıb.

Qurban Qurbanov baş məşqçi kimi 2-ci dəfə ölkə çempionluğunu yaşayıb. Ümumilikdə 10 baş məşqçi ölkə çempionatının kubokunu başı üzərinə qaldırıb. Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyevlə Böyükağa Hacıyev hərəyə 3, Qurban Qurbanov 2, Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze və Arif Əsədov hərəyə 1 dəfə bu nailiyyətə imza atıb. 

Son xəbərlər

Orphus sistemi