Azərbaycan Bilik evlərinin müşavirəsi keçirilib

Azərbaycan Bilik evlərinin müşavirəsi keçirilib Müşavirədə Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin Koordinasiya Şurasının tərkibi müəyyənləşdirilib
Futbol
8 Sentyabr , 2017 19:37
Azərbaycan Bilik evlərinin müşavirəsi keçirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bölgələrdə fəaliyyət göstərən Bilik evləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Fonddan "Report"a verilən məlumata görə, müşavirədə Şəmkir Bilik Evinin direktoru, millət vəkili Sona Əliyeva və kiçik mütəxəssisi Hicran Əliyeva, Nardaran Bilik Evinin direktoru, millət vəkili Dilarə Cəbrayılova və kiçik mütəxəssisi Nərmin Əliyeva, Astara Bilik Evinin direktoru, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova və kiçik mütəxəssis Röya Hacıyeva, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Qarabağ Regional Bilik Evinin (Tərtər) kiçik mütəxəssisi İradə Əkbərli, Qax Bilik Evinin direktoru Rövşən Hədisov, Oğuz Bilik Evinin direktoru Anar Məcidov və mütəxəssisi Cəlil Hacıyev iştirak ediblər.

Çıxış edənlər maarifləndirmə işinin aparılmasında bölgənin xarakterik xüsusiyyətlərini, yerli əhalinin maraqlarını və tələbatını əsas götürməyi təklif ediblər.

Müşavirədə Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin Koordinasiya Şurasının tərkibi müəyyənləşdirilib və birgə fəaliyyətin perspektiv istiqamətləri müzakirə olunub.  

Son xəbərlər

Orphus sistemi