Yuxarı

​Azərbaycan Beynəlxalq Bankı "İnter" klubuna sponsorluğun gələcəyi ilə bağlı açıqlama verib

Bankın mətbuat xidməti məsələyə aydınlıq gətirib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı baş sponsoru olduğu "İnter" klubu ilə müqavilə müddətini artırıb. "Report" xəbər verir ki, bu barədə bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli məlumat verib.

Bank rəsmisi müqavilə müddətinin dəqiq vaxtını açıqlamasa da, bildirib ki, 2016-cı ildə də sponsorluq davam etdiriləcək: "Azərbaycan Beynəlxalq Bankı “İnter” futbol klubuna əvvəllər də dəstək verib, bu dəstəyi indi də davam etdirir və 2016-cı ildə də davam etdirəcək".

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 2004-cü ildən "İnter"ə sponsorluq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi