Yuxarı

Azərbaycan bankı Fransanın "Lans" klubuna borcunu 15 gün ərzində ödəyəcək

Klub prezidenti 4 milyon avro öhdəliyin hələ də yerinə yetirilməməsi ilə bağlı Bakıda səfərdə olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Frasanın "Lans" futbol klubun prezidenti Jerve Martel klubdakı son durumla bağlı yazılı açıqlama verib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Martel əsas səhmdar Hafiz Məmmədovun oktyabrın sonunadək ödəməli olduğu 4 milyon avro öhdəliyinin hələ də yerinə yetirilməməsi ilə bağlı Bakıda səfərdə olduğunu bildirib.

O, "Bank of Azerbaijan"dan öz öhdəliyini təsdiqləyən bütün təminatları aldığını və ödənişin yaxın 15 gün ərzində həyata keçiriləcəyini vurğulayıb. Klub prezidenti, həmçinin gələn ilin yanvarınadək 14 milyon avronun da ödəniləcəyinə təminat verildiyini açıqlayıb. Martel "Lans"dakı situasiyaya çox diqqətlə yanaşan Azərbaycan tərəfinə də minnətdarlığını bildirib. O, "Bordo" komandası ilə noyabrın 8-də keçirəcəkləri Fransa çempionatının 13-cü tur matçından sonra Samuel Atru, Benjamin Bulenj və Landri N Quemo ilə müqavilələrinin təsdiqlənəcəyini vurğulayıb. 

Qeyd edək ki, "Lans"ın Fransa yüksək liqasındakı iştirak qarşılığında üzvlük haqqı ödənişinin tam həyata keçirilməməsi səbəbindən klubun yeni transferlər etməsinə qadağa qoyulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi