​Azərbaycan Avro-2016-nın seçmə mərhələsini 5-ci pillədə başa vurub - VİDEO

​Azərbaycan Avro-2016-nın seçmə mərhələsini 5-ci pillədə başa vurub - VİDEO Yığma komanda son oyunda Bolqarıstana məğlub olub
Futbol
14 Oktyabr , 2015 01:52
​Azərbaycan Avro-2016-nın seçmə mərhələsini 5-ci pillədə başa vurub - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan yığma komandası 2016-cı il Avropa çempionatının təsnifat mərhələsində son oyununu keçirib.

"Report" xəbər verir ki, səfərdə Bolqarıstan yığmasının qonağı olan milli sonda 0:2 hesablı məğlubiyyətlə barışıb.

Azərbaycan yığması "H" qrupunda çıxışını 10 oyunda 1 qələbə, 3 heç-heçə və 6 məğlubiyyətlə başa vurub və qrupda 6 xal ilə 5-ci yeri tutub.

Avro-2016. "H" qrupu

Bolqarıstan - Azərbaycan - 2:0

Qollar: Mixail Aleksandrov, 20 (1:0), Dimitar Rangelov, 56 (2:0).

Son xəbərlər

Orphus sistemi