​Azərbaycan Avro-2016-nın seçmə mərhələsində ilk qələbəsini qazanıb

​Azərbaycan Avro-2016-nın seçmə mərhələsində ilk qələbəsini qazanıb Yığmamız Malta komandasını məğlub edib
Futbol
28 Mart , 2015 23:08
​Azərbaycan Avro-2016-nın seçmə mərhələsində ilk qələbəsini qazanıb

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Avropa çempionatı - 2016-nın seçmə mərhələsi çərçivəsində 5-ci turun növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan millisi Bakıda Malta komandasını qəbul edib.

Qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Avro-2016 - seçmə mərhələ. "H" qrupu. 5-ci tur

Azərbaycan - Malta - 2:0

Qollar: Cavid Hüseynov, 4 (1:0); Nazarov, 90+2 (2:0).

Son xəbərlər

Orphus sistemi