Azərbaycan - Almaniya oyununun yeri rəsmən dəyişdirilib

Azərbaycan - Almaniya oyununun yeri rəsmən dəyişdirilib Məsələ ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb
Futbol
14 Noyabr , 2016 13:08
Azərbaycan - Almaniya oyununun yeri rəsmən dəyişdirilib

Bakı. 14 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionuna təyin edilib.

Daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda (BOS) təşkili nəzərdə tutulmuşdu. Lakin 2017-ci il IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, bu addım atılıb. Məsələ ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi