Yuxarı

Azərbaycan - Almaniya oyununa onlayn bilet satışı başlayıb

Biletlərin kassalarda satışına isə fevralın 1-dən start veriləcək

Bakı. 10 yanvar. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Almaniya yığmaları arasında Bakıda keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri http://tickets.affa.az/ saytından əldə etmək mümkündür.

Kassalarda satışa isə fevralın 1-dən start veriləcək. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2 - 20 manat arasında dəyişir. VİP sektorlara giriş isə 50 manatdır.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi