Yuxarı
    Bağlamaq

    Azərbaycan - Almaniya oyunu Respublika Stadionunda keçirilə bilər

    Azad Rəhimov qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməməsinin səbəbini açıqlayıb

    Bakı. 8 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Almaniya yığmaları arasındakı qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilə bilər.

    "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bildirib.

    O, martda baş tutacaq qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməməsinin səbəbini açıqlayıb: "Həmin stadionda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işləri aparılacaq. Bu səbəbdən təklif etdik ki, Almaniya ilə oyun Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilsin. Çünki həmin stadionda yaxşı vəziyyətdədir. Problem ondadır ki, ev oyunları üçün UEFA-dan Bakı Olimpiya Stadionu qeydiyyatdan keçib. Sadəcə, bu qeydiyyatı dəyişmək lazımdır. Biz buna hazırıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi