Yuxarı
    Bağlamaq

    Azə​rbaycanın FİFA referisi Çempionlar Liqasına təyinat alıb

    Əliyar Ağayev Kiprdə keçiriləcək matçı idarə edəcək

    Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın FİFA referisi Əliyar Ağayev futbol üzrə Çempionlar Liqasına təyinat alıb. "Report"un məlumatına görə, o, II təsnifat mərhələsində keçiriləcək APOEL (Kipr) - "Vardar" (Makedoniya) oyununu idarə edəcək.

    Ə.Ağayevə Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcək. Dördüncü hakim funksiyasını FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.

    Qeyd edək ki, APOEL - "Vardar" qarşılaşması iyulun 14-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi