Yuxarı

İspaniya çempionatında azarkeşlərlə futbolçular arasında dava düşüb - VİDEO

Azarkeşlərlə futbolçular oyun zamanı dalaşdı - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının IV Divizionunda keçirilmiş "Esija" - "Xeres" matçı zamanı meydana girən azarkeşlərin iştirakı ilə genişmiqyaslı insident yaşanıb. 

"Report" "Diario de Jerez"ə istinadən xəbər verir ki, qarşıdurma fanatlar və futbolçular arasında baş verib. Bildirilir ki, "Esija"nın bəzi oyunçuları görüş vaxtı azarkeşləri təxribata çəkib və onlara ədəbsiz jestlər göstəriblər.

Komandanın üzvlərindən Manu MartinesKarlos Freyle münaqişədə xəsarət alıb.

Qeyd edək ki, qarşılaşma qolsuz başa çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi