AFFA azarkeşlərin meydana daxil olmasına görə komanda və stadiona bir oyunluq cəza verib

AFFA azarkeşlərin meydana daxil olmasına görə komanda və stadiona bir oyunluq cəza verib AFFA İntizam Komitəsi U-17 liqasında keçirilmiş “Xəzər Lənkəran” – “Kəpəz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Futbol
22 Oktyabr , 2019 16:36
AFFA azarkeşlərin meydana daxil olmasına görə komanda və stadiona bir oyunluq cəza verib

AFFA İntizam Komitəsi U-17 liqasında keçirilmiş “Xəzər Lənkəran” – “Kəpəz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

"Report"un məlumatına görə, meydan sahiblərindən Xanoğlan İsmayılov, Gəncə təmsilçisindən isə Cavid Qurbanov 90+4-cü dəqiqədə aqressiv davranışları səbəbindən birbaşa qırmızı vərəqə alıb. Qurum hər iki oyunçuya 4 oyunluq cəza verib. 

 “Xəzər Lənkəran” azarkeşləri meydana daxil olduqlarına görə kluba 1 ev oyununu azarkeşsiz keçirilməsi qadağası qoyulub. 

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə bitib. 

Son xəbərlər

Orphus sistemi