Azarkeşlər Portuqaliya klubunun bazasına hücum edərək futbolçulara xəsarət yetiriblər

Azarkeşlər Portuqaliya klubunun bazasına hücum edərək futbolçulara xəsarət yetiriblər Hücum zamanı baş məşqçiyə də xəsarət yetirilib
Futbol
16 May , 2018 00:44
Azarkeşlər Portuqaliya klubunun bazasına hücum edərək futbolçulara xəsarət yetiriblər

Bakı. 16 may. REPORT.AZ/ Portuqaliya "Sportinq"inin 50-dək azarkeşi klubun məşq bazasında komandanın futbolçularına və məşqçilər heyətinə hücum edib.

"Report"un "O Jogo" nəşrinə istinadən verdiyi məlumata görə, kapyuşonda (paltarların yaxasına tikilən papaq-red) olan fanatlar bazanın ərazisinə soxulduqdan sonra futbolçuları təhqir etməyə və aqressivlik nümayiş etdirməyə başlayıblar. Hadisə zamanı daha çox hollandiyalı hücumçu Bas Dost zərər çəkib. Onun başına bir neçə xəsarət yetirilib. Eyni zamanda, Rodriqo Battalya, Markos Akunya, Ruy Patrisiu, Vilyam Karvalyu, Yosip Mişiç və baş məşqçi Jorje Jezuş da xəsarət alıb.

Klubun və Portuqaliya Futbol Federasiyasının rəhbərliyi baş verənləri pisləyərək, günahkarların tapılmasını istəyib.

Qeyd edək ki, "Sportinq" ölkə çempionatının son turundan əvvəl Çempionlar Liqasına vəsiqə verən 2-ci yer uğrunda "Benfika" ilə mübarizə aparıb. Axırıncı turda "Benfika" qələbə qazandığı halda, "Sportinq" "Maritimu"ya uduzub - 1:2. 

Son xəbərlər

Orphus sistemi