Yuxarı

​Azarkeşlər "Neftçi"nin oyununa pulsuz taksi ilə gedə biləcək

Bu, yalnız şəhərdaxili sifarişlərə aiddir

Bakı. 6 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda keçiriləcək "Neftçi" - "Baltsan" (Malta) oyununu stadiondan izləmək istəyən azarkeşlər pulsuz taksi xidmətindən istifadə edə biləcəklər. 

"Report"un məlumatına görə, klubun ayırdığı müvafiq taksilərdən istifadə maksimal məbləği 10 manatdır.

Bundan başqa, klubun üzvlük kartının sahibləri də həmin xidmətdən yararlana biləcəklər.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Baltsan" oyunu saat 20:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi