İtaliya klubunun azarkeşləri ilə qarşıdurmada 8 polis yaralanıb

İtaliya klubunun azarkeşləri ilə qarşıdurmada 8 polis yaralanıb Bakı. 9 yanvar. REPORT.AZ/ İtaliyanın Latsio klubunun azarkeşləri ilə qarşıdurmada 8 polis yaralanıb.
Futbol
9 Yanvar , 2019 20:24
İtaliya klubunun azarkeşləri ilə qarşıdurmada 8 polis yaralanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ İtaliyanın "Latsio" klubunun azarkeşləri ilə qarşıdurmada 8 polis yaralanıb.

"Report" xəbər verir ki, məlumatı yerli polis idarəsi yayıb.

Paytaxt təmsilçisinin fanatları klubun 119-cu ildönümünü qeyd etmək üçün meydana toplaşıblar. Üzlərini gizlədən 300 nəfərdən ibarət "Latsio" azarkeşi polislərə şüşə, partlayıcı maddə, daş və digər əşyalar atıblar. Onlara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Bir "Latsio" azarkeşi həbs olunub, 3 şəxsin isə kimliyinə aydınlıq gəlib. Onların stadiona girişinə qadağa qoyulacağı bildirilir.

Polis hazırda iğtişaş iştirakçılarını müəyyənləşdirmək üçün hadisə yerindən videomaterialları təhlil edir.

Son xəbərlər

Orphus sistemi