Bakı. 16 avqust. REPORT.AZ/ İsveç çempionatında XVIII turun bir oyunu təxirə salınıb.
"Report"un məlumatına görə, "Yonçöpinq" və "Estersunds" komandalarının qarşılaşmasında insident yaşanıb.
Matçın sonlarına yaxın meydançaya maskalı azarkeş daxil olub və qonaqların qapıçısı Ali keytaya hücum çəkib. Nəticədə oyunun baş hakimi matçın təxirə salındığını bildirib.
Qeyd edək ki, həmin anda hesab 1:1 olub.